Azarkeşlər stadionu yandırdı
Türkiyə Super Liqasında növbəti xoşagəlməz hadisə yaşanıb. SportLine.az "Hürriyet"ə istinadən xəbər verir ki, "Əskişəhərspor" - "Başakşəhər" matçının ardından yerli azarkeşlər stadionun tribunalarını yandırıblar.
1:2 hesabı ilə uduzan meydan sahiblərinin fanatları komandalarının Super Liqanı tərk etdiyini düşünüblər. Əsəbi "Əskişəhərspor"lular stadionu yandırmaqla "təsəlli tapıblar".
Hadisədə nəticəsində xəsarət alanlar var.