Azarkeşlər stadionu yandırıblar
İtaliya C Seriyasında yeni mövsüm insidentlə başlayıb.
Sportline.az xəbər verir ki, ilk turun "Taranto" - "Foca" (2-0) görüşündan sonra qonaq azarkeşlər stadionu yandırıblar.
Sevimli komandalarının məğlubiyyətini həzm etməyən "Foca" fanatları acıqlarını belə çıxıblar.
Matçın sonlarında oturacaqları meydana tullamağa başlayan focalılar bununla kifayətlənməyiblər.
Daha aqressiv fanatlar qonaqlar üçün ayrılan tribunadakı zibilləri odlayaraq yanğın törədiblər.
Yanğın tez bir zamanda stadionu ağuşuna alıb. La Gazzetta dello Sport nəşrinin yaydığı xəbərə görə, yanğının digər səbəbi pirotexniki vasitələr olub.
Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma, 27,5 minlik arenaya ciddi ziyan dəyib.
Yanğın söndürülsə də, qonaq sektoru yararsız hala düşüb. "Taranto" komandasının məşqlərini və oyunlarını keçirdiyi stadionun bir müddət təmirə qapadılacağı bildirilir.