Azər Bağırov 11 qollu oyunda qələbəni belə şərh etdi

"Heç kim belə nəticə gözləmirdi".

Bunu Sportline.az saytına açıqlamasında "Araz-Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov "Turan Tovuz-2" ilə oyunda 6:5 hesablı qələbədən danışarkən deyib.

O, bildirib ki, Tovuz komandasından revanş gözləyirdi: "Ümumiyyətlə, ağır oyun olacağını bilirdik. Fikirləşirdik ki, Tovuz komandası revanşını alacaq. Amma uşaqların mövqe səhvlərindən qollar vuruldu. Müdafiədə bu qədər səhv etmək xoşagəlməzdir. Amma olur da bəzən belə oyunlar. Əsas odur ki, qələbə qazandıq. İndi isə qarşıdakı oyunlara baxacağıq".