Azərbaycan akrobatları Bakıdakı dünya çempionatında növbəti dəfə finala yüksəliblər
Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatında növbəti finala vəsiqə qazanıblar.
Sportline.az xəbər verir ki, duet təsnifat mərhələsində templə hərəkətlərdə 29.090 xalla 1-ci olub.
Sabir Ağayev və Mehriban Salamovadan ibarət cütlük isə 26.340 xalla 9-cu yeri tutub və finala yüksələ bilməyib. Final martın 12-də gerçəkləşəcək.
Qeyd edək ki, Ağasif Rəhimov və Raziyə Seyidli ötən gün balansla hərəkətlərdə eyni uğuru təkrarlayıblar.