Azərbaycan Badminton Federasiyasında yeni təyinat olub

Azərbaycan Badminton Federasiyasında (ABF) yeni təyinat olub.

Bu barədə Sportline.az-a qurumdan məlumat verilib.

Əjdər Cəfərov ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin edilib.

Əjdər Cəfərov 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.