Azərbaycan birinciliyi davam edir

Bu gün 15 yaşa qədər yeniyetmələr arasında Bakı şəhər birinciliyinin ilk yarış günü keçirilir. 

Sportline.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 303 cüdoçu gücünü sınayır.

Qızlar arasında -28 kq., -40 kq. və -52 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -34 kq., -46 kq. və -60 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.