Azərbaycanı Avropa kubokunda təmsil edəcək cüdoçular
8–9 avqust tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa kuboku keçiriləcək.
Sportline.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 13 cüdoçu (4 oğlan, 9 qız) ilə təmsil olunacaq. Kollektivə qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Beynəlxalq turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) mübarizə aparacaq.
Azərbaycan millisinin heyəti belədir:
Qızlar
-48 kq
Nərgiz Əhmədova
Gülşən Hüseynova
Gülgəz Musayeva
-52 kq
Aysun Məmmədova
Nuranə Hacızadə
-57 kq
Vüsalə Hacıyeva
Aytən Verdiyeva
Xədicə Qədəşova
-63 kq
Nilgün Rzayeva
Oğlanlar
-73 kq
Kənan Hüseynov
-100 kq
Davud Namazlı
Canpolad Əliyev
Vidad Əliyev