Azərbaycan boksçusu dünya çempionatında mərhələ adlayıb
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.
Sportline.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı döyüşmədən 1/4 finala yüksəlib.
Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.
Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.