Azərbaycan Bolqarıstana da məğlub oldu

Qadınlardan ibarət voleybol millimiz bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində ikinci oyununa çıxıb.

Sportline.az xəbər verir ki, A qrupunda mübarizə aparan Vasif Talıbovun kollektivi ilk iki turda Polşa və Niderlanda məğlub olan Bolqarıstanla qarşılaşıb. Oyun bolqarların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamız ilk matçında Niderlanda uduzmuşdu – 0:3. Millimiz son matçını Polşaya qarşı keçirəcək.

19:00. Bolqarıstan – Azərbaycan – 3:1 (25:23, 25:19, 21:25, 25:22)
Apeldorn (Niderland), “Omnisport” salonu.