Azərbaycan çempionatına 6 komanda qatılacaq

Qadın və kişi voleybolçuların Azərbaycan çempionatında 2019-20 mövsümü başlanır.

Sportline.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində açılış oyunu keçiriləcək.

Qadın voleybolçular arasında son çempion “Azərreyl” ilk görüşünü “Abşeron”a qarşı keçirəcək.

Ardından kişilərdən ibarət ölkə çempionu “Murov” meydana çıxacaq. Yeni adla mübarizə aparacaq komandanın ilk rəqibi “Neftçi” olacaq.

Voleybol üzrə Azərbaycan çempionatı

Qadınlar, Super Liqa, I tur

14 dekabr

14:00. “Azərreyl” - “Abşeron”

Kişilər, Yüksək Liqa

16:00. “Murov” - “Neftçi”

Qeyd edək ki, Super Liqada 6, Yüksək liqada isə 7 komanda mübarizə aparacaq.