Azərbaycan çempionatında növbəti oyunların vaxtı bilindi

Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Sportline.az xəbər verir ki, kişilər arasında Yüksək Liqanın IX turu fevralın 22-də olacaq.

Saat 16:00-da “Murov” - “Xarı bülbül”, ardınca isə "Neftçi" - MOİK görüşünə start veriləcək.

Fevralın 23-də qadınların yarışında III dövrənin son matçları keçiriləcək.

Voleybol Mərkəzində təşkil olunacaq IX turun ilk oyunu saat 16:00-da “Murov” və “Abşeron” komandaları arasında olacaq.

Bu qarşılaşmadan 2 saat sonra “Azərreyl” - UNEC dueli başlanacaq.