Azərbaycan çempionatında növbəti turun proqramı
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
Sportline.az Federasiyanın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, III dövrədə keçiriləcək XIV turun oyunları martın 29-da təşkil olunacaq.
Günün ilk qarşılaşmasında saat 15:00-da MOİK – “Murov”la üz-üzə gələcək, ardınca saat 17:00-da isə “Sərhədçi” – “Ekspress” matçına start veriləcək.
Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.