Azərbaycan çempionatında növbəti turun proqramı
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə vaxtı və yeri dəqiqləşib.
Federasiyanın Mətbuat Xidmətindən Sportline.az saytına verilən xəbərə görə, IV dövrənin ilk turu aprelin 9-da “Murov” Voleybol Klubunun idman zalında təşkil olunacaq.
XVI turun ilk qarşılaşması saat 15:00-da “Neftçi” və MOİK komandaları arasında olacaq.
Ardınca saat 17:00-da “Ekspress” “Murov”u sınağa çəkəcək.