Azərbaycan Çempionlar Liqasından kənarda qala bilər
UEFA növbəti islahata hazırlaşır. SportLine.az xəbər verir ki, ideya həyata keçsə, Azərbaycan kimi ölkələrin klubları Çempionlar Liqasından kənarda qalacaq. Qrup mərhələsində komandaların sayını 32-dən 16-ya endirmək istəyi İtaliya, Almaniya və İspaniyanın top klublarının narazılığından qaynaqlanır. Onların fikrincə, qrup mərhələsində maraqsız oyunlar yarışın imicinə xələl gətirir və maliyyə göstəricilərini azaldır. Komandaların sayını azaldılması ideyası 2018-2019 mövsümündə reallaşa bilər. Plana əsasən, qrup mərhələsi yanvarda yekunlaşacaq. Pley-off qarşılaşmaları isə ¼ finaldan başlanacaq.