"Lokomotiv" avrokubokla vidalaşdı

Bu gün kişi voleybolçular arasında "Çelens Kuboku" yarışının 1/8 final mərhələsinin görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Lokomotiv" doğma meydanda "Olimpiakos"la üz-üzə gələcək.

Yunanıstandakı dueldən məğlub ayrılan Bakı təmsilçisi növbəti mərhələyə adlamaq üçün 3:1 və ya 3:0 hesabı ilə qələbə qazanmalıdır. Bundan sonra mərhələni keçəcək komandanın kimliyi "Qızıl set"də müəyyənləşəcək.


01 fevral 2018
Voleybol, "Çelenc Kuboku"
1/8 final (Cavab oyunu)

"Lokomotiv" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:3 (12:25, 20:25, 8:10, 24:26)
Hakimlər:
 Matsey Matseyevski (Polşa), Nikolas Ekford (İngiltərə)
Bakı, Voleybol Mərkəzi

İlk oyun: “Olimpiakos” (Yunanıstan) – “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:22, 25:15, 25:8)