Azərbaycan çempionu koronavirusun qurbanı oldu

Poverliftinq üzrə ölkə çempionu Vaqif İbrahimov koronavirusdan vəfat edib.

Sportline.az xəbər verir ki, o, 42 yaşında dünyasını dəyişib.

Dəfələrlə Azərbaycan çempionu olmuş idmançı həm də respublika rekordçusu idi.

Qeyd edək ki, Vaqif İbrahimov COVID-19 virusundan müalicə alırdı.