Azərbaycan çempionunun sabiq baş məşqçisi vəfat etdi

Bakının "İnter" klubunun (hazırkı "Keşlə) sabiq baş məşqçisi Valentin Xodukin vəfat edib.

Sportline.az xəbər verir ki, o, 81 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Valentin Xodukin 2006 - 2009-cu illərdə Bakı klubunda işləyib. O, 2007/2008 mövsümündə komanda ilə ölkə çempionu olub.

Komanda növbəti mövsüm onun rəhbərliyi altında Çempionlar Liqasının birinci təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Şimali Makedoniyanın "Rabotniçki" klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 1:1.