Azərbaycan cüdoçuları dünya kata çempionatında iştirak edəcəklər
Azərbaycan cüdoçuları noyabrın 9-10-da ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək dünya kata çempionatında iştirak edəcəklər.
Sportline.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Nage-no-katada Malik Alahverdiyev (tori, hücum edən idmançı), Samir İsmayılov (uke, hücum edilən idmançı) İsmayıl Rzayev (tori), İbrahim Aslanov (uke), katame-no-katada Rafiq Nəcəfov (tori), Əmrah Əhmədov (uke) çıxış edəcəklər.
32 ölkədən 282 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndləri nümayiş etdirəcəklər.