Azərbaycan döyüşçüsü Fransada qalib oldu
“Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.
SportLine.az xəbər verir ki, Azərbaycan idmançısı Fransanın Strasburq şəhərində təşkil olunan “Glory64” çərçivəsində rinqə çıxıb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev Surinam əsilli hollandiyalı Murtela Qrünhartla qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan "Qəbələ" kikboksçusu görüşdən qalib ayrılıb. O, rəqibini hakimlərin rəyi ilə məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).
Bu, Nəbiyevin peşəkar rinqdə 58-ci döyüşündə 51-ci, “Glory” seriyasında 6-cı görüşündə 5-ci qələbəsi olub.
"Qəbələ" İK-nın məlumatı