Azərbaycan döyüşçüsünün Çin zəfəri

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Alim Nəbiyev növbəti qələbəsini qazanıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, təmsilçimiz 2017-ci ildə ilk döyüşünü Çində keçirib.

Alim kikboksinq üzrə “Kunlun Fight” turnirinə uğurla start verib. O, çinli idmançı Çanq Yanqla qarşılaşıb.

İdmançımız hər üç raundda rəqibindən üstün olduğu döyüşdən 30:27 hesablı qələbə ilə ayrılıb. Bununla da Nəbiyev “Kunlun Fight”ın dünya çempionu titulu uğrunda növbəti turnirdə mübarizə aparmaq imkanı qazanıb.