Azərbaycan – Farer adaları matçının hakimləri müəyyənləşdi
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Farer adaları oyununun hakimləri bəlli olub. SportLine.az xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına həvalə olunub.
Matçda əsas söz sahibi Dmitri Muntyan olacaq. Ona həmyerliləri Vitali Qorbatovla Vladislav Lifçiu kömək edəcək.
Qarşılaşmanın dördüncü hakimi Yuri Kovtun olacaq.
Qeyd edək ki, sentyabrın 6-da Bakıdakı “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Farer adaları görüşü saat 18:00-da başlayacaq.