Azərbaycan futbolu tarixində ilk dəfə

Növbəti mövsüm Topaz Premyer Liqasında debüt edəcək "Səbail"in mətbuat katibi müəyyənləşib. SportLine.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu vəzifəni xanım icra edəcək. Belə ki,  AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssisi - Törə Əhmədova kluba mətbuat katibi təyin olunub.