Azərbaycan gimnastı Dünya Kubokunda tarixi medal qazanıb
Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.
Sportline.az xəbər verir ki, 19 yaşlı idmançı finalda ilk cəhddə 52.780 xala layiq görülüb.
Qızıl medalı 53.900 xalla İrina Kundius (Rusiya), bürünc medalı isə 51,820 xalla Corciya Campyeri (İtaliya) əldə edib.
Qeyd edək ki, bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə qazanılan ilk medaldır. Batut gimnastikası ölkədə 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə Dünya Kuboku Bakıda artıq beşinci dəfədir təşkil olunur.