Azərbaycan güləşçisi ilk görüşündə qalib gəlib

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində litvalı Domantas Pavluçenko ilə üz-üzə gəlib.

Rəqibinə 9:0 hesabı ilə qalib gələn Nurmaqomedov 1/8 finala yüksəlib. Onun bu raunddakı rəqibi İsveçrə idmançısı Samuel Şerrer olacaq.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk iki günündə Azərbaycanın yunan-Roma və qadın güləşçiləri uğursuz çıxış ediblər.