Azərbaycan Həndbol Federasiyası məşqçilər üçün seminar təşkil edib
Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün iki günlük seminar keçirib.
Sportline.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan tədbirdə ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.
AHF-nin İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov federasanın iş planı barədə danışaraq yeni mövsümdə 1-ci liqa yarışlarının keçiriləcəyini diqqətə çatdırıb.
Həmçinin gələcəkdə nəzərdə tutulan zona yarışlarının vaxtı, məkanı və yeni qaydalar ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə “Kür” komandasının baş məşqçisi Nasser Salimi həndbolun texnikası və taktikası mövzusu üzrə çıxış edib.
Həndbol məşqçiləri ilə ətraflı müzakirələrdən sonra onlara toplar və sertifikatlar təqdim edilib.