Azərbaycan Hollandiya ilə üz-üzə

Qadın voleybolçulardan ibarət milli komandamız Avropa çempionatında ikinci oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, millinin bugünkü rəqibi Hollandiya seçməsi olacaq. Budapeştdə keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Xatırladaq ki, voleybolçularımız, start matçında Xorvatiya komandasına 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yerin sahibi isə, Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.