Azərbaycan idmançıları İstanbulda muay-tay üzrə Avropa çempionatında iştirak edəcəklər
Fevralın 13-dən 20-dək İstanbulda muay-tay üzrə Avropa çempionatı keçiriləcək.
Sportline.az xəbər verir ki, yarışda ölkəmiz 12 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, komandamız çempionatda Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoy və yığma komandanın baş məşqçisi Fəxri Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.