Azərbaycan İslandiyaya böyük hesabla məğlub oldu

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. 

Sportline.az xəbər verir ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

DÇ-2026, seçmə mərhələ

D qrupu

I tur

5 sentyabr

22:45. İslandiya - Azərbaycan 5-0

Qol: Viktor Palsson, 45+2, İsak Yohannesson, 47, 56, Albert Qudmundsson, 67, Daniel Leo Qretarsson, 73

Baş hakim: Sander van der Eyk (Niderland).

Reykyavik, "Lauqardalsvöllur" stadionu.