Azərbaycan - İspaniya matçının vaxtı açıqlandı

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oyunlarının təqvimi açıqlanıb.

SportLine.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,, IV qrupda çıxış edəcək millimiz ilk matçını oktyabrın 25-i  Ukraynaya qarşı keçirəcək.  Komandamız oktyabrın 28-i İspaniya ilə qarşılaşacaq. Millimiz son görüşündə Albaniyanı sınağa çəkəcək. Bu qarşılaşma oktyabrın 31-i oynanılacaq.
 
Qeyd edək ki, IV qrupun matçları Albaniyada keçiriləcək.