Azərbaycan kikboksçusu ilk dəfə dünya çempionu oldu

K-1 növündə mübarizə aparan azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə ilk dəfə "dünya çempionu" adına yiyələnib.

SportLine.az xəbər verir ki, idmançımız Budapeştdə (Macarıstan) keçirilən dünya çempionatında buna nail olub.

B.Rəcəbzadə 91 kq-dan yuxarı çəki dərəcəsində bütün rəqiblərini üstələyib.