Azərbaycan klubu iki transfer etdi

"Şahdağ Qusar" heyətə iki yeni oyunçu cəlb edib.

Sportline.az xəbər verir ki, bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Kvaku Adjei və Orxan Fərəcov bundan sonra “Şahdağ Qusar”ın şərəfini qoruyacaq. 

23 yaşlı qanalı hücumçu Kvaku Adjei 40, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcov isə 77 nömrəli forma ilə çıxış edəcək.

Adjey son olaraq ölkəsində "Legon Sities" klubunda oynayıb. Fərəcovun son klubu isə "Bakı Sportinq" olub.