Azərbaycan klubunda koronavirus həyəcanı

"Sabah" klubunun futbolçusu Amadu Diallo koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, 25 yaşlı hücumçunun testi müsbət nəticələnib.

Hazırda özünü yaxşı hiss edən fransalı oyunçu təcrid olunub. Diallodan başqa komandanın digər üzvlərinin testi mənfi çıxıb.

Qeyd edək ki, "Sabah" bu gün saat 18-00-da Premyer Liqanın XXII turu çərçivəsində "Səbail"i qəbul edəcək.