Azərbaycan klubunun baş məşqçisi postundan ayrılıb
Azərbaycan I Liqasında çıxış edən "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri postundan ayrılıb.
Sportline.az xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib.
O, komandadan öz istəyi ilə getdiyini açıqlayıb.
Qeyd edək ki, "Cəbrayıl" 10 komandanın mübarizə apardığı I Liqada 11 turdan sonra 14 xalla beşinci pillədə qərarlaşıb.