"Araz"dan 6, "Xəzər Cənub"dan 8 cavabsız qol

Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. SportLine.az xəbər verir ki, ilk gündə 5 qarşılaşma baş tutub.

Olimpik Stardakı görüşlərdə Yüksək Liqa təmsilçiləri "Xəzər Cənub", "Yasamal" İSK, EKOL və "Araz" aşağı dəstə komandalarını sınağa çəkib.

Günün son matçında isə ikinci liqa təmsilçiləri "Obolon"la "Gilan" üz-üzə gəlib.

Azərbaycan Kuboku
1/8 final
5 mart

"Obolon" – "Gilan" - 8:3
QOLLAR: Fəyyar Hüseynov, 03:24 (ö/q), Yaşar Qasımov, 11:40, Cəfər Cəfərov, 13:04, Bəhram Abdinov, 25:33, Emil Abbaszadə, 29:40 (pen.), 39:31, Telman Kərimov, 32:28, Zakir Kərimov, 36:34 - Fəyyar Hüseynov, 14:15, Elmir Məmmədov, 17:48, 36:14
Hakimlər: Ramiz Məhərrəmov, Elman Musayev, Vaqif Musayev

"Yasamal" İSK - "Baku Fire" - 3:6
QOLLAR: Anar İsayev, 10:43, Vüsal Səfərov, 18:34, Vüsal Səfərov, 38:57 - Anar Ağayev, 03:26, 14:12, 25:16, Elşən Zərbəliyev, 06:44, Rəvan Abdullayev, 24:16, 34:06
Hakimlər: Ramil Namazov, Fuad Həsənov, Azər Əsgərov

EKOL - "Standard" - 8:4
QOLLAR: Faiq Əliyev, 05:40, Zaur Fərziyev, 13:54, 13:54, Ramiz Çovdarov, 16:04, Fərid Ələkbərov, 19:53, Fərid Atakişiyev, 28:36, İntiqam Babayev, 29:20, Ələsgər Ələsgərli, 35:32 - Emin Quliyev, 06:13, Seymur Babayev, 32:02, Ramil Həsənzadə, 34:21, Asif Zeynalov, 39:59
Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Elman Musayev

"Araz" - "Green Log" - 6:0
QOLLAR: Xətai Bağırov, 11:52, Ali Mikaeli, 13:35, Rizvan Fərzəliyev, 23:20, Hosseyin Seyidabolfaz, 26:53, Oktay Rüstəmli, 29:22, Nihad İsmayılov, 31:14
Hakimlər: Azad Hüseynov, Kənan Məlikov, Ramil Namazov

"Xəzər Cənub" - "Dalğa" - 8:0
QOLLAR: Hadi Rezvan, 04:40, 22:04; Hamid Raşidi, 15:16, 17:30; Amir Şocayi, 16:23, 36:09; Behzad Şebli, 25:05; Şahab Şahnazi, 33:10
Hakimlər: Rahin Heybətov, Vaqif Musayev, İsgəndər Əliyev