|
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilir.
SportLine.az xəbər verir ki, günün ilk matçı Lənkəranda olacaq. Söhbət “Xəzər Lənkəran” - “Neftçi” görüşündən gedir.
Premyer Liqanın lideri “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.
Günün maraqla gözlənilən oyunu Zirədə baş tutacaq. Premyer Liqanın 2-ci pilləsində qərarlaşan “Zirə” ən yaxın izləyicisi “Qəbələ”ni qəbul edəcək.
Günün son matçında isə “İnter” “Rəva”nın qonağı olacaq.
2 mart
Azərbaycan kuboku, 1/4 finalın ilk oyunları
14:00. “Xəzər Lənkəran” - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. “Qarabağ” - “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov.
Bakı. “Azərsun Arena”.
18:00. “Zirə” - “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
Bakı. Zirə İdman Kompleksinin stadionu.
19:00. “Rəvan” - “İnter”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Bakı. “Bayıl Arena”.
|