Azərbaycan kubokunda 1/8 finalın oyun cədvəli

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı məlum olub.

Sportline.az xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin qalibini bir görüş müəyyənləşdirəcək. 

“Şahdağ Qusar” klubunun ev oyunlarını keçirdiyi Şamaxı Olimpiya İdman Kompleksinin stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından şimal təmsilçisinin “Turan Tovuz“la oyunu “Socar Polymer Arena”da baş tutacaq.
Həmçinin, Ağsu şəhər stadionu 1/8 final mərhələsinin oyunlarını qəbul etməyə hazır olmadığı üçün “Difai” – “Sumqayıt” oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Azərbaycan Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.

Azərbaycan Kuboku
1/8 final
2 dekabr (çərşənbə axşamı)

15:00.“Şahdağ Qusar” – “Turan Tovuz”
“SOCAR Polymer Arena"

19:00.“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu

3 dekabr (çərşənbə)

14:00.“Şamaxı” – “Baku Sportinq”
Şamaxı şəhər stadionu

14:00.“İmişli” – “Sabah”
Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00.“Qarabağ” – “Karvan-Yevlax”
“Azersun Arena”

4 dekabr (cümə axşamı)

15:00.“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu

19:00.“Araz-Naxçıvan” – “Kəpəz”
“Liv Bona Dea Arena”

19:00.“Difai” – “Sumqayıt”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu