Azərbaycan kubokunun finalı bu məkanda keçiriləcək

Futzal üzrə Azərbaycan kubokunun final matçının keçiriləcəyi məkan və tarix müəyyənləşib.

Sportline.az xəbər verir ki, qalibin adına mayın 24-də, saat 14:15-də Bakı İdman Sarayında təşkil olunacaq həlledici matçda aydınlıq gətiriləcək.

Finalda “Alyans Qrup” və “Neftçi” İK üz-üzə gələcək.