Azərbaycan kubokunun qalibi müəyyənləşdi

Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub.

Sportline.az xəbər verir ki, həlledici görüşdə “Neftçi İK” və “Baku Fire” komandaları qarşılaşıblar.

Bakı İdman Sarayında keçirilən oyun “Baku Fire”nin 5:0 hesablı qələbəsi ilə nəticələnib.

Qollara Oruc Baxşəlizadə, İaqo Henrique, Tofiq Əliyev (2) və Elvin Quliyev imza atıb.