Azərbaycan millisi Avropa çempionatında

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.

SportLine.az xəbər verir ki, təsnifat mərhələsinin G qrupunun V tur matçında Bakıda Lüksemburq üzərində 3:1 hesablı qələbə qazanan Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivi adını qitə birinciliyinin final mərhələsinə yazdırıb.

Azərbaycan - Lüksemburq - 3:1 (25:18; 27:25; 21:25; 25:20)

Yanvarın 9-da keçiriləcək son turun oyunlarında Lüksemburqla Yunanıstanı, İsveç Azərbaycanı qəbul edəcək. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşdirəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Cəlalovun komandasının 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdir ki, son tur formal xarakter daşıyacaq. 

Qeyd edək ki, final mərhələsi 13 - 29 sentyabrda ilk dəfə 4 ölkədə - Fransa, Sloveniya, Belçika və Hollandiyada təşkil olunacaq. İştirakçı sayı isə 16-dan 24-ə qaldırılıb.