Azərbaycan millisi bu komandalarla qarşılaşacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir.
Sportline.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komandanın Bakıdakı təlim-məşq toplanışı çərçivəsində Latviya və Belarus yığmaları ilə yoxlama oyunları keçirməsi də planlaşdırılır.
Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.