Azərbaycan milliləri Avropa Liqasında mübarizəyə başlayır
Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri bu gün Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar.
Sportline.az xəbər verir ki, əvvəlcə kişilərdən ibarət komanda İspaniya seçməsi ilə münasibətləri aydınlaşdıracaq.
Rumıniyada təşkil olunacaq görüş saat 20:00-da başlanacaq.
İspanlar 6 xalla 8-ci, əvvəlki matçlarda uduzan Azərbaycan millisi 24-cü yerdədir.
Qadınlardan ibarət seçmə isə İspaniyada Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı saat 20:30-da başlanacaq.
Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.