Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində Bolqarıstana qalib gəlib

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsindəki ikinci oyununda qələbə qazanıb.

Sportline.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstana qalib gəlib.

Bayıl stadionunda təşkil olunan görüşdə yığma 3:2 hesablı qələbəyə sevinib. Təmsilçilərimizin heyətində Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) fərqləniblər.

Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.