Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində Malta ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün Malta ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, B Liqasının II qrupunda yer alan komandaların oyununu portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edəcək.

Görüş Bayıl stadionunda, saat 13:00-da başlayacaq. Qrupun digər matçında eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər.

Son turdan öncə Lüksemburq 6 xalla qrup lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıblar. Qrup sonuncusu Maltanın hesabında xal yoxdur.

Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik ediyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə məğlub olub, Bolqarıstana isə qalib gəlib - 3:2.