Azərbaycan millisi Avstriyaya gedəcək

DÇ-2018-in təsnifat mərhələsində iyunun 10-da Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan seçməsinin hazırlıq planı bəlli olub. SportLine.az xəbər verir ki, seçmə komanda mayın 15-də toplanışa start verəcək. 5 gün sonra Azərbaycan futbolçuları Avstriyaya yola düşəcəklər. İyunun 3-dək orada qalacaq Robert Prosineçkinin komandası iki yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərin kimliyinə aydınlıq gəlməsə də, xorvatiyalı mütəxəssis Şimali İrlandiyanın üslubuna yaxın oyun sərgiləyən komandalar axtarışında olduqlarını dilə gətirib.