Azərbaycan millisi Belarusa uduzdu

Futzal üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışına başlayıb.

Sportline.az xəbər verir ki, seçməmiz yoxlama görüşündə qüvvəsini sınayıb.

Rəqib meydan sahibi Belarus olub. Minsk şəhərindəki MAPİD İdman Kompleksində keçirilən oyun millinin məğlubiyyəti ilə başa çatıb - 3:5. Komandanın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurub.

Qeyd edək ki, avqustun 28-nə qədər Minskdə hazırlıq keçəcək millimiz həmin gün yerli komanda ilə ikinci dəfə üz-üzə gələcək.