Azərbaycan millisi Braziliya ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan seçməsi Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təşkil ediləcək təsnifat mərhələsində "D" qrupunda mübarizə aparacaq. SportLine.az xəbər verir ki, komandamız Braziliya, Dominikan Respublikası və Kamerunla eyni qrupda yer alıb.

Görüşlər avqust-sentyabr aylarında təşkil olunacaq.

Qeyd edək ki, yalnız qrup qalibləri Olimoiadaya vəsiqə əldə edəcəklər.