Azərbaycan millisi Gürcüstana qarşı

Azərbaycan qızlardan ibarət U-16 millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu - üçüncü oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, komanda Gürcüstanla qarşılaşacaq 
Binə stadionunda keçiriləcək matç saat 12:00-da başlayacaq.

Xatırladaq ki, U-16 yığmamız daha əvvəl Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.