Azərbaycan millisi Malta və San Marino ilə qarşılaşacaq

Azərbaycan millisi mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək. Komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.

Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.