Azərbaycan millisi Pakistana qalib gəldi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
Sportline.az xəbər verir ki, millimiz üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. Penaltilərlə 4:2) seçmələri ilə qarşılaşıb.