Azərbaycan millisi Polşa seçməsinə qarşı
Niderlandda qadın voleybolçuların Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya imkanlarını itirən millimiz, Apeldornda son oyununa çıxacaq.
Millimizin qrupda son rəqibi Polşa olacaq. Görüş millimiz üçün formal xarakter daşıyır. Komandamız ilk iki matçda məğlub olduğundan, yarımfinala iddiası qalmayıb. Ancaq hər iki qarşılaşmada qələbə qazanan polşalılar 0:3 hesabı ilə yenilərsə, birinciliyi əldən verəcək.
Avropa Təsnifat Turniri
A qrupu
10 yanvar
23:00. Polşa – Azərbaycan
Apeldorn (Hollandiya), "Omnisport" salonu